Müasir uşaq və qadın bezləri xəstəlik yarada bilir – Dermatoloqdan SOS

  • 2018.12.11 15:49
  • 13704 Baxış
Müasir uşaq və qadın bezləri xəstəlik yarada bilir –  Dermatoloqdan SOS
Son illər uşaq bezləri və qadınlar üçün menstruasiya bezlərinin davamlı reklamı, bu məhsulları istehsal edən yeni markaların yaranması, insanların qənaət məqsədilə daha ucuz vasitələrə qaçması həm uşaqlar, həm gənc qız və qadınlar arasında genital nahiyədə dəri problemlərinin əhatəsini genişləndirib.


Medicina.az mövzu ilə bağlı dermatoloq Mübariz İsmayilovdan açıqlama alıb. Həkim bildirib ki, uşaq bezləri və ginekoloji bezlər dəriyə qıcıqlandırıcı təsir göstərərək kontakt dermatit əmələ gətirə bilər.


"Əgər insan həmin qıcıqlandırıcı, keyfiyyətsiz və ya dəriyə uyğun olmayan vasitəni istifadə etməyə davam edərsə, ağırlaşmalar kimi ikincili infeksiya və göbələklərin inkişafına səbəb ola bilər. Ona görə bu bezlərdən istifadə zamanı dəridə hər hansı qızartı, səpki, qaşınma baş verərsə, o bezin istifadəsi dayandırılır və həkimə müraciət olunur.

 



Bundan başqa çox tərləmə nəticəsində büküşlərdə də göbələklərin yaranması mümkündür. Ona görə nəinki qadınlar, kişilər də şəxsi gigiyena qatdalarına ciddi əməl etməlidir.


Dermatitdən sonra infeksiya və göbələklər cinsi yollarla qadınlarda uşaqlıq yolu, yumurtalığa kimi gedib çıxıb, orda infeksiya və iltihab yarada bilər. Analar qızlarına qoruyucu bezlər alarkən ondan istifadədən sonra effekti soruşmalı, maraqlanmalı, bacardıqca daha keyfiyyətli, orqanik bezlər alınmalıdır”.

Müasir uşaq və qadın bezləri xəstəlik yarada bilir –  Dermatoloqdan SOS
Müasir uşaq və qadın bezləri xəstəlik yarada bilir –  Dermatoloqdan SOS