Müasir dövrün rahatlığı artrozları artırır - Əlillik arta bilər/ HƏKİM XƏBƏRDARLIĞI

  • 2017.12.19 13:53
  • 23900 Baxış
Müasir dövrün rahatlığı artrozları artırır -  Əlillik arta bilər/ HƏKİM XƏBƏRDARLIĞI
"İNSANLAR TƏNBƏLLƏŞİB, ƏVƏZİNDƏ SÜMÜK SİSTEMİ ƏZİYYƏT ÇƏKİR”


Biloji Təbabət Klinikasının homotoksikoloqu (revmatoloq) Əli Əlizadə sümük-dayaq sisteminin xəstəlikləri, qığırdaq, sümük əriməsi, sümüklərin dağılmasının qarşısının alınması və insanların vaxtında bu simptomlara diqqət yetirməsinin vacibliyindən danışıb.


Medicina.az xəbər verir ki, həkim ağrıkəsicilərlə ağrının müvəqqəti dayandırılmasının müalicə olmadığını bildirib. Onun sözlərinə görə, əslində sümük-qığırdaq toxumalarının bərpasına çalışmaq, oynağın açılması və hərəkətin təmin olunmasına nail olmaq lazımdır.


"Əgər insanlar müasir dövrün getdikcə artan sümük oynaq problemlərinə biganə yanaşsalar, getdikcə gənc və orta yaşlı insanlar arasında da əlillik göstəriciləri artacaq”, - deyə mütəxəssis bildirib.