Mobil telefonun insanın səhhətinə mənfi təsiri sübut olunub– Telefonu hansı nahiyədən uzaq tutmaq lazımdır

  • 2018.09.04 20:43
  • 26948 Baxış
Mobil telefonun insanın səhhətinə mənfi təsiri sübut olunub–  Telefonu hansı nahiyədən uzaq tutmaq lazımdır
Telefon icad olunandan onu xərçəngin səbəbkarı kimi təqdim edirlər. Çox həkimlər, alimlər və təbii ki, telefon istehsalçıları mobil telefonun sağlamlığa ciddi zərər vurmadığını, radiasiyanın isə mif olduğunu sübut etməyə çalışdılar. 


Medicina.az xəbər verir ki, Environmental Health jurnalında dərc olunan bir xəstəlik faktı bu fikirləri alt-üst edir. Gənc qadında çoxfokuslu süd vəzi xərçəngi inkişaf etmişdi. Qadında digər risk faktorları yox idi. Bir faktdan başqa: o mobil telefonu büstqalterinin içinə qoymaq vərdişinə malik idi. 


İki mütəxəssis Robert Naverni və Con Uest süd vəzidə yaranmış şiş nöqtələrini bir birinə vizual birləşdiriblər. Bu nöqtələr mobil telefonun formasını xatırladırdı. Məhz o nöqtələrdən şiş hüceyrələri başlamışdı. 


Bu hadisə telefonun büstqalter, köynək cibi, şalvar cibi və belində gəzdirilməsinin də zərərli olmasını üzə çıxartdı. 


Nəyə görə telefonu geyim üzərində daşımaq pis ideyadır?


2009-cu ildə aparılmış bir araşdırmanın nəticələri göstərdi ki, beldə telefon  gəzdirmək aşağı çanaq sümüklərini zəiflədir. Təcrübədə 150 kişinin rentgen çəkimləri araşdırılıb. Onlar sutkada 10-12 saat olmaqla 5-7 il idi ki, telefonu bel hissədə gəzdirirdilər. 

Rentgen göstərdi ki, telefon bağlanan hissədə sümüklərin mineral bərkliyi azalıb və sümüklər zəifləyib. 


Burda nəzərə almaq lazımdır ki, telefonunuz danışmadığınız vaxtda, nə qədər ki, aktivdir periodik olaraq şüa verir. 10-12 saat bir nahiyədə telefonun saxlanması həmin nahiyəsinin fasiləsiz şüalanması deməkdir.


Bu tip digər eksperimentlər göstərdi ki, bu hal kişilərdə spermatozoidlərin sayına və keyfiyyətinə də mənfi təsir edir. Bu isə sümüklərdən daha ağrılı mövzudur.



  • Kişilərə bel, cib, qasıq, sinə nahiyəsində, cibində mobil telefon gəzdirməsi qadağandır.

  • Hamilə qadınlarda qarın, sinə, bel hissədə mobil telefonun çox saxlanılması dölü riskə atır. 


  • Uşaqlar, körpələr, yeniyetmələrin kəllə sümükləri, toxumaları hələ tam bərkimədiyindən radiasiya onlara daha tez təsir edir və daha ağır fəsadlar yaradır: beyin şişləri,limfostaz, qan xərçəngi. 



Radiasiyalanmış hüceyrələr uşaq orqanizmində ikiqat sürətlə  çoxalır, bölünür, şişlər daha aqressiv olur. 


Professor Lennart Hardel deyir ki, sutkada 10-15 saat aktiv olaraq mobil telefonla ünsiyyətdə olan yeniyetmələr yaşlı insanlara nisbətən 5 dəfə daha çox beyin xərçənginə yoluxur. 


Hamilələr xüsusilə ehtiyatlı olmalıdır. Araşdırmalar göstərir ki, hamiləlik vaxtı sutkada xəmi 2-3 saat aktiv telefon istifadəsi yetərlidir ki, doğulacaq körpənin emosional sferası pozulsun, hiperaktivlik artsın, getdikcə daha aqressiv davransın. 

Ümumiyyətlə sübut olunub ki, hamiləlik vaxtı çox telefonla ünsiyyətdə olan anaların davranışında pozuntular olan övlad dünyaya gətirmə riski 50%-dən çoxdur. 

 



Mobil telefon istifadəsi və saxlanması ilə bağlı qızıl qaydalar:


-Uşaqlar, körpələr telefondan uzaq tutulmalıdır. Ümumiyyətlə uşaqlar simsiz cihazlardan uzaq olmalıdır.

-Sutka ərzində və yatanda telefonu söndürün. Yalnız vacib hallarda telefonla danışın. 


-Telefon siqnalı zəif tutan yerlərdə ümumiyyətlə zəng etməyin. Siqnal nə qədər zəifdirsə, telefon bir o qədər çox enerji sərf edir. Bu da daha çox radiodalğa deməkdir. İdeal halda telefonda xətt göstəriciləri tam olmalıdır. 


-Telefonu bədənə yaxın gəzdirməyin. Idealda o öz qabında çantada olmalıdır. Telefonu sinə və yan ciblərə qəti qoymayın. 

-Bir adamın iki mobil telefon gəzdirməsi absurddur. 


-Düşünməyin ki, hansısa telefon markası digərinə nisbətən daha az zərərlidir. Telefon nə qədər müasirdirsə, bir o qədər təhlükəlidir. Ümumiyyətli, təhlükəsiz mobil telefon yoxdur. Telefonların texniki reytinqləri isə insan səhhəti üzərində sınanmayıb.


-Telefon işlək vəziyyətdə olanda bədəndən 1 metr aralı məsafədə qoyun. Xüsusən anten hissədən uzaq durun. 

-Ailə üzvlərinizi düşünün. Yaşlı, xəstə insan, körpə uşaq olan otaqda telefonları masaya, divana qoymayın. Passiv şüalanma da zərərlidir.


-Qucağınızda uşaq olarkən telefonla danışmayın

Mobil telefonun insanın səhhətinə mənfi təsiri sübut olunub–  Telefonu hansı nahiyədən uzaq tutmaq lazımdır