BölmələrRU
Xidmətlər
 

MOBBİNQ: iş yerində psixoterror - Qərbdə müdiri buna görə məhkəməyə verib, cəzalandırırlar

İnsanın ələ salınması, psixoloji əzab, əhəmiyyətsiz iş tapşırıqları vermək, işdə daim tənqid olunmaq, işdə intriqa, hörmətsizlik, şantaj...

Dünyada bir çox nevroloji, psixi və daxili xəstəliklərin səbəbi olaraq mənəvi zərər verən amillər araşdırılır. Müasir insan isə vaxtının çox hissəsini iş yerində keçirir, enerjisini işdə sərf edir. Məhz bu səbəbdən iş yerindəki təzyiqlərin insan orqanizminə təsiri Avropada araşdırma mövzusuna çevrilib.

Medicina.az xəbər verir ki, buna MOBBİNQ deyilir. Mobbinq anlayışı bizim üçün yeni ola bilər, hətta bu termin bizə tanış gəlməyə bilər. Amma Avropada məşhurdur. 

İş yerində, təhsil aldığı məktəb, universitetdə  insanın ələ salınması, psixoloji əzaba məruz qalması, əhəmiyyətsiz iş tapşırıqları alması, işdə daim tənqid olunması, intriqa, hörmətsizlik, şantaj, şüurlu şəkildə yükləmə, haqsız yerə günahlandırılması Mobbinq adlanır.  
 
Картинки по запросу mobbing

Mobbinq insanın orqanizmini psixoemosional zəhərlərlə doldurur, bu da insanda müxtəlif xəstəliklər yaradır. 

Bir işçinin rəhbər və ya iş yoldaşları tərəfindən təcrid olunması, məqsədli şəkildə müəssisədən getməsinə hazırlıq görülmsəi, izolyasiya olunması onu çıxılmaz vəziyyətdə qoyur. Bir neçə Avropa ölkəsində artıq həmkarlar ittifaqı və sosial qurumlar işçinin Mobbinqə uğradığı barədə şikayətləri qəbul edir, araşdırır və sübut olunarsa, həmin insana qarşı Mobbinq yaratmış rəhbər və ya fərd cəzalandırılır. 

Maddi dolanışıq səbəbindən çətinliklə iş yeri tapıb çalışan hər hansı bir işçinin Mobbinqə uğraması tibbi, hüquqi, mənəvi və sosial baxımdan yolverilməzdir. 

Artıq sübut olunub ki, iş yerində illərlə Mobbinqdən əziyyət çəkən insanların bir çoxu intihara da meyilli olur və bəzən intihar da edirlər. Onlar iş yerindəki problemini nə rəhbərliyə, nə yaxınlarına danışa bilir, bölüşmür, bunda əsas günahkar özünü, öz zəifliyini görür. Çox zaman insanlar Mobbinqlə arzu olunmayan, istənilməyən işdə çalışmağı səhv salırlar. Mobbinq işçinin böyük istəklə getdiyi iş yerində də baş verə bilər. 

Mobbinqdən zərər çəkən insanlarda baş verəcək xəstəliklər:

-Nevroz, yuxusuzluq, əsəbilik, depressiya
-Mədə-bağırsaq xəstəlikləri
-Oynaq, hərəkət pozğunluğu
-Ürək-damar xəstəlikləri
-Bronxial astma
-Kişilərdə prostat xəstəlikləri və s.
 
Картинки по запросу mobbing

Azərbaycanda da istər kifayət qədər ciddi qurumlarda, özəl şirkətlərdə, hətta adi iş yerlərində Mobbinq elementlərinin olduğunu nəzərə alsaq, insanların daha çox iş yerində "zəhərləndiyini” güman etmək olar. Hər bir insan çalışmalıdır ki, işlədiyi yerdə Mobbinqə uğramasın, bunun qarşısını alsın, "qurban”a çevrilməsin. 

Aygün MUSAYEVA
MEDİCİNA.AZ