Mini beyinlər hazırlandı - İnsan beyni ilə oxşardır

  • 2018.01.13 13:30
  • 15238 Baxış
Mini beyinlər hazırlandı -  İnsan beyni ilə oxşardır
ABŞ-ın Johns Hopkins Universiteti maraqlı araşdırmaya imza atıb.


Medicina.az xəbər verir ki, universitetin "Bloomberg School of Public Health” departamentinin işçiləri yeni mini insan beyinləri qurublar. Bu beyinlər təbii kök hüceyrələrə bənzəyən pluripotent adlanan kök hüceyrələr vasitəsilə yaradılıb.


Bəs bu mini beyinlər nələri dəyişəcək?


Araşdırmanın lideri Thoman Hartunganın sözlərinə görə, mini beyinlər yeni dərmanların sınanılmasında əsas rol oynayacaq və bir çox xəstəliklərin nəzarətdə saxlanılmasında da vacib əhəmiyyət kəsb edəcək.