Min bir dərdin dərmanının zərərləri də varmış... - Zəncəfildən kimlər istifadə edə bilməz?

  • 2018.05.25 12:57
  • 21892 Baxış
Min bir dərdin dərmanının zərərləri də varmış... -  Zəncəfildən kimlər istifadə edə bilməz?
Zəncəfil, immun sistemini gücləndirən, xəstəliklərdən qoruyan təbii möcüzədir.

 

Ancaq faydaları ilə yanaşı zərərləri də mümkündür.

 

Bəs zəncəfildən istifadə kimlər üçün təhlükəli qidaya çevrilə bilər?


Medicina.az xəbər verir ki, zəncəfil selikli qişalara qıcıqlandırıcı təsir edir. Bu səbəbdən mədə-bağırsaq sistemində iltihab, yara, xora zamanı zəncəfil ziyan vura bilər.


Kəskin və xroniki hepatit, qaraciyər sirrozu zamanı da zəncəfildən istifadə etmək tövsiyə edilmir. Sağlam qaraciyər üçün zəncəfil faydalıdır. Lakin xəstə qaraciyərə stimullaşdırıcı təsir edən zəncəfil xəstəliyin daha da ağırlaşmasına səbəb ola bilər.


Öd daşı xəstəliyi zamanı spazmolitik təsiri olan zəncəfildən istifadə daşları tərpədə bilər ki, nəticədə daş öd kisəsinin kanalına düşə bilər. Bu da istənilməyən nəticələlər verə bilər.


Ağır babasil zamanı zəncəfilin istehlakı qanaxmanın artmasına səbəb ola bilər.


Yüksək hərarət zamanı zəncəfilli çaydan istifadə hərarətin daha da yüksəlməsinə səbəb ola bilər.