- Aloe içkisinin ev şəraitində hazırlanmasıMin bir dərdin dərmanı

  • 2018.11.14 09:40
  • 19738 Baxış
 - Aloe içkisinin ev şəraitində hazırlanması Min bir dərdin dərmanı
Qədim zamanlardan aloe şirəsi xalq təbabətində istifadə edilib. Bir sıra müalicəvi - sağaldıcı, ödqovucu, iltihabəleyhinə, bağırsaq yuçşaldıcı, qanyaradıcı kimi xüsusiyyətlərə malikdir. Həmçinin şirə orqanizmdən toksinləri də çıxarır. 


Digər bitkilərin şilərləri ilə (limon, alma, üzüm) və balla qarışdırıldıqda həm dadlı, həm də xeyirli bir içki əldə etmək mümkündür. Onu gün ərzində 2-3 dəfə içmək məsləhətdir. Müalicəvi effekti daha da yüksək olsun deyə içkini yeməkdən 30 dəq əvvəl və ya 1 saat sonra içmək məsləhətdir. 


Medicina.az bu möcüzəvi içkinin reseptini təqdim edir: 


Təxminən 5-6 ədəd aloe yarpağını yuyub, şirəsini çıxarın. Süzün və şüşə qabda soyuducuda saxlayın. Başqa bir stəkana 1 limonun şirəsini sıxın, süzgəcdən süzün. Əvvəlcədən 3 x/q çobanyastığı çiçəyinin qurusunu qaynar suda dəmləyin. Daha sonra 250 ml-lik şüşə qaba 1 ç/q aloe çirəsi, limon şirəsinin hamısını, 1 x/q çobanyastığı dəmləməsi əlavə edin. İçki hazırdır.