Min bir dərdə dəva bir bitkidə toplaşıb - Goji Berrinin faydaları

  • 2018.04.19 13:30
  • 18400 Baxış
Min bir dərdə dəva bir bitkidə toplaşıb -  Goji Berrinin faydaları
Təbiətdə bir çox insan sağlamlığı üçün faydalı olan qidalar mövcuddur. Qədimdən də müalicə məqsədli istifadə edilən bitkilərdən biri də goji berry meyvəsidir. Yeddi əsrdən çoxdur ki, Çində şəfa mənbəyi sayılan goji berry bu gün bütün dünyanın diqqət mərkəzindədir.

 

Bəs sözügedən faydalar nədir?


1. Qocalmanı ləngidir - Goji berry qocalmanı ləngidir. Tərkibindəki liflər və antioksidanlar dəri qırışmasının qarşısını alır. Dəri səthindəki sərbəst radikal birləşmələrin təsirini yox edir. Ən əsası, dəri xərçənginə tutulma riskini azaldır.

2. Depressiyanı zəiflədir - Tərkibindəki zəngin minerallar sayəsində insanı daim yüksək əhval-ruhiyyədə saxlayır. Təlaşlanmağa və depressiyaya düşməyə imkan vermir. 



3. Tərkibində 19 adda amin turşusu var. Bildiyimiz kimi, amin turşuları əzələləri yeniləyir və böyüməsinə təsir edir. Sağlam kökəlmək istəyirsinizsə, goji berry meyvəsindən bolluca yeməli və tez-tez də çiy su içməlisiniz.

 

4. Tərkibində olan A vitamini, zeaksantin, beta-karoten kimi gözə faydalı olan maddələr var. Eyni zamanda, katarakt əmələ gəlməsinin qarşısını alır. Yaş artdıqca görmə qabiliyyətini itirən gözlər üçün də goji berry xeyirlidir.



Bununla yanaşı C vitamini deposudur və həzmi yaxşılaşdırır, qanda insulini stabilləşdirir.