Milyardlıq dərmanlar tarix olur: fındıq qabıqlarından yeni preparat hazırlanacaq - Türkiyəli alimlərdən inqilabi kəşf

  • 2018.09.20 12:15
  • 24635 Baxış
Milyardlıq dərmanlar tarix olur: fındıq qabıqlarından yeni preparat hazırlanacaq -  Türkiyəli alimlərdən inqilabi kəşf
Türkiyədə alimlər xərçəng xəstəliyi ilə mübarizədə inqilabi yenilik ediblər.


Medicina.az xəbər verir ki, akademiklər 2 il ərzində laboratoriyada fındıq qabıqları üzərində araşdırma aparıblar.


Təxminən 500 min ton fındıq qabığı üzərində aparılan tədqiqatlar zamanı onlar kimyaterapiya dərmanlarının aktiv tərkib hissəsini əldə ediblər. Məlumat üçün bildirək ki, sözügedən 3 dərmanın dünyadakı ticarət dövriyyəsi 2 milyard dollardır. 


Daha sonra fərqli mərhələlərdə təcrübələr edən elm adamları dərmanın istehsalı üçün bəzi şirkətlərlə görüşlər keçirib.


Fındıq qalıqlarından əldə edilən maddənin şirkətlər tərəfindən dərman kimi istehsal edilərək xərçəng müalicəsində istifadə edilməsi planlaşdırılır.