BölmələrRU
Xidmətlər
 

Milli Oftalmologiya Mərkəzinin Səyyar Qatar Klinikası 700 nəfəri müayinə və müalicə edib

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Qatar Klinikası mütəmadi olaraq ölkəmizin müxtəlif regionlarına üz tutur, xəstələrə oftalmoloji yardım göstərir. Klinikanın işçiləri indiyədək 30 minə yaxın pasiyenti müayinə edib və ehtiyacı olan 2 mindən çox xəstə üzərində əməliyyat aparıb.
 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Dəmir yolu Səyyar Klinikası fəaliyyətə başlayıb və ilk səfərini Astara rayonuna edib.
 

Rayonda mayın 8-dən 12-dək təşkil olunan müayinələr Oftalmoloji Mərkəzin direktoru, professor Elmar Qasımovun rəhbərliyi ilə aparılıb. Aksiya zamanı 675 nəfər müayinə olunub, 30-a yaxın xəstə üzərində əməliyyat aparılıb. Müayinə tədbirlərində ölkəmizin sakinləri ilə yanaşı, qonşu ölkənin vətəndaşları da müayinə olunublar.
 

Humanitar aksiyanın ilk marşrutu Astaradan başlasa da, səyyar klinikanın gələcək marşrutları ölkənin dəmir yolu xətti keçən bütün regionlarına, eləcə də Gürcüstan-Azərbaycan sərhədindəki yaşayış məntəqələrini əhatə edəcək.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı