Mikrobdan qoruyur, immuniteti gücləndirir - Kinkanın faydaları

  • 2018.05.09 15:15
  • 18971 Baxış
Mikrobdan qoruyur, immuniteti gücləndirir -  Kinkanın faydaları
Kinkan çox faydalı meyvədir. Kinkan geniş profilaktik və müalicəvi xüsusiyyətlərə malikdir.

 

Medicina.az saglamolun.az-a istinadən kinkanın faydalarını təqdim edir:


 

- vitamin və minerallarla olduqca zəngindir, soyuq fəsillərdə orqanizmi lazım olan maddələrlə təmin edir


- iltihabları azaldır


- orqanizmə virus və göbələkəleyhinə təsir edir


- immuniteti möhkəmləndirir, orqanizmin viruslara və mikroblara qarşı davamlılığını artırır


- sinir sisteminə müsbət təsir edir - sakitləşdirir, əhval-ruhiyyəni yaxşılaşdırır, gərginliyi və stresi azaldır


- qanda xolesterinin səviyyəsini aşağı salır, ürəyi və damarları möhkəmləndirir.


Kinkandan çox faydalı dəmləmə hazırlamaq olar. 7 dənə kinkan xırda doğranır, termosda 1/2 l qaynar suda dəmlənir. 2 saatdan sonra dəmləmə süzülür və gün ərzində ilıq halda içilir. Qəbul etdikdən əvvəl 1 fincan dəmləməyə 1 çay qaşığı bal və bıçağın ucunda üyüdülmüş zəncəfil əlavə edilir. Belə dəmləməni hər gün içmək olar.