Meyvə və tərəvəzləri sodalı suda saxlayın - Ölüm gətirən maddədən xilas olun

Meyvə və tərəvəzləri adi ucuz sodadan istifadə etməklə tərkibindəki zərərli maddələrdən xilas ola bilərsiniz.
Medicina.az xəbər verir ki, meyvə və tərəvəzləri müxtəlif ziyanvericilərdən, alaq otlardan və xəstəliklərdən qorumaq, məhsuldarlığı artırmaq üçün bütün dünyada xüsusi kimyəvi maddələrdən - pestisidlərdən istifadə olunur. Bu maddə isə xərçəng yaradır. Həmçinin şəkərli diabetin, piylənmənin, sonsuzluğun riskini artırır, ana bətnində olan uşaqlarda müxtəlif pozulmaların və qüsurların inkişafına səbəb olur.
Sodadan istifadə etməklə meyvə və tərəvəzləri pestisidlərin 96%-dən təmizləmək mümkündür.
Bunun üçün meyvə və tərəvələri əvvəl adi suda yuyun, sonra sodalı suda (1 l suya + 1 x.q. soda) 15 dəqiqə saxlayın, ən sonda isə axar su ilə yaxalayın.
Araşdırma göstərib ki, soda məhlulu xüsusi dezinfeksiya edici məhlullardan daha effektlidir.
Digər xəbərlər
-
Artrit, podaqradan əziyyət çəkənlər - Albalının faydalarıDaha ətraflı »
-
Lazımsız bilinən PENDİR SUYUNUN FAYDALARIDaha ətraflı »
-
Süd məhsulları sevməyənlər üçün sümükləri gücləndirən QİDALARDaha ətraflı »
-
Ayaq şişkinliklərini azaldan TƏBİİ ÜSULLARDaha ətraflı »
-
Diabetli xəstələr üçün tərəvəz - Sukkininin faydalarıDaha ətraflı »
-
Böyrək daşını parçalayır, infeksiyanı yox edir - Qarğıdalı saçağının FAYDALARIDaha ətraflı »
Copyright © 2017 Bakutibb.az, Bütün hüquqlar qorunur.