Meyvə şirələri sandığınız qədər faydalı deyil - Araşdırma

  • 2018.04.13 10:20
  • 17667 Baxış
Meyvə şirələri sandığınız qədər faydalı deyil -  Araşdırma
Günlük qidalanma zamanı mütləq şəkildə meyvə və tərəvəzlərdən istifadə edilməlidir. Bir çox insan səhhət üçün faydalı olduğunu düşünərək meyvə şirələrindən mütəmadi olaraq istifadə edir. Meyvə suları meyvədən sıxıldığı üçün vitamin və minerallar cəhətdən zəngin olduğu düşünülür. Ancaq meyvə suyu sanılan qədər faydalı deyil.


Medicina.az xəbər verir ki, mineral və vitaminlərlə zəngin olsa da meyvəni daha faydalı edən lifə sahib olmasıdır. Lif vücudun həzm prosesini tənzimləyir və uzunmüddət sizi tox saxlayar. Yüksək lifli qidalar yemək diabet, ürək problemi kimi riskləri azaldar.


Meyvələr sıxıldığı zaman isə tərkibindəki lif qalıcılığını itirir. Belə şirələrdən istifadə etmək mədəni kifayət qədər təmin etməz və aclıq hissi verər. Türkiyəli mütəxəssislərin araşdırmalarına görə, içkilər meyvədən daha az faydalıdır.


Xüsusilə arıqlamaq istəyənlər üçün meyvə şirəsindən istifadə düzgün seçim deyil. Meyvə şirəsindən çox istifadə qaraciyər yağlanmasına gətirib çıxara bilər.

Mütəxəssislər meyvələri diri halda yeməyi daha uyğun görürlər.