Məşhur stenokardiya dərmanları ürəyi dayandıra bilər – Alimlərdən xəbərdarlıq

  • 2019.03.19 20:00
  • 9340 Baxış
Məşhur stenokardiya dərmanları ürəyi dayandıra bilər –  Alimlərdən xəbərdarlıq
Hazırda xəstələrə təyin olunan bir çox populyar stenokardiya mülaicəsi üçün preparatlar ciddi ürək-damar pozulması, hətta ürəyin dayanmasına səbəb ola bilər.


Medicina.az xəbər verir ki, bu qənaətə Avropa alimlər apardıqları bir araşdırmanın nəticəsində gəliblər.


Məsələ bu preparatların tərkibində olan nifedipin adlı elementdir. Yüksək dozada bu maddə olan stenokardiya dərmanlarını qəbul etdikdə ürəyin tam dayanması və letal sonluq ola bilər.


Digidropiridin və amlodipin tərkibli dərmanlar bu baxımdan daha təhlükəsizdir.

Xatırladaq ki, stenokardiya ürək xəstəliyi olub, infarktönü vəziyyət kimi qiymətləndirilir. Ürək nahiyəsində diskomfort və ağrılar verir.