Məşhur aparıcının ailəsində ağır gün - Xərçəng xəstəliyindən əziyyət çəkir

  • 2018.01.09 12:44
  • 14716 Baxış
Məşhur aparıcının ailəsində ağır gün -  Xərçəng xəstəliyindən əziyyət çəkir
Aparıcı Zamirə Dadaşova ağır günlər yaşayır.


Medicina.az axşam.az-a istinadən xəbər verir ki, aparıcının bacısı xərçəng xəstəliyinə tutulub. Zamirə bu haqda sosial şəbəkədə yazıb. 


O bildirib ki, bacısı İstanbulda klinikalardan birində müalicə alır:


"Növbəti ağrını yaşamaq gücündə deyiləm, məhv olaram. Bu gündən kimyaterapiyaya başlayırıq. İnşallah, hər şey yaxşı olar, Bakıya qayıdarıq. Bunu da yaşamalıymışam. Doğman gözünün önündə acı çəkir, əlindən heç nə gəlmir. Pul da kömək olmur. Acılar nə zaman bitəcək... Qismətimə deyəsən cəhənnəmi burada yaşamaq yazılıb. Ürəyim də dözümlüymüş”.


Qeyd ecdək ki, Z.Dadaşova AzTV və "Space” kanallarında aparıcı kimi çalışıb.