Məktəbliləri kofeindən uzaq tutmaq lazımdır – Məktəb ətrafında satışı qadağan edilməlidir

  • 2018.09.03 16:39
  • 8259 Baxış
Məktəbliləri kofeindən uzaq tutmaq lazımdır –  Məktəb ətrafında satışı qadağan edilməlidir
Rusiyalı deputat Gennadiy Onişenko məktəblilərin tərkibində kofein olan istənilən məhsuldan uzaq tutulması barədə məsələ qaldırıb. 


Medicina.az xəbər verir ki, deputat Cənubi Koreya təcrübəsini misal göstərib. Burda hakimiyyət məktəblilərə və məktəb ərazisində kofein tərkibli məhsulların satışını qəti olaraq qadağan edən, ağır cəzalı qanun qüvvəyə minib.


" Kofein asılılıq yaradır, uşağın ürəyi, beyni üçün əlavə zərərdir. Uşaq psixikası elədir ki, görmürsə istəmir, maraqlanmır. Əgər gördüsə, satışda varsa, dadına baxaq. Bir dəfə içsə, yenə istəyəcək. Ona görə kofein tərkibli istənilən içki və qəhvə belə məktəb ətrafından yığışdırılmalıdır. Onun azyaşlı uşaqlara satışı qadağan olunmalıdır” – deyə deputat bildirib.  


Qeyd edək ki, son elmi araşdırmalara görə, kofeinə bağlılıq beynin quruması ilə nəticələnir, yuxusu pozulur, ürək problemləri başlayır.