Media nümayəndələri üçün göz müayinəsi PULSUZ

  • 2018.07.18 12:29
  • 10727 Baxış
Media nümayəndələri üçün göz müayinəsi  PULSUZ
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi 22 iyul- Milli Mətbuat Günü ilə əlaqədar "Sağlam baxış, sağlam cəmiyyət" adı altında açıq qapı günü keçirir.


Medicina.az xəbər verir ki, Mərkəzin elmi təşkilat bölməsinin rəhbəri Yazgül Abdıyeva Trend-ə bildirib ki, iyulun 20-də keçiriləcək açıq qapı günü çərçivəsində media nümayəndələri üçün aksiya təşkil olunacaq.


Aksiya zamanı media nümayəndələri saat 10.00-dan 15.00-dək göz müayinəsindən keçə biləcəklər.