Şərqdə qaraciyəri kraliça, mədəaltı vəzi isə kiçik şahzadə adlandırırlar.
Çox asanlıqla " özündən çıxan”, hər qidanı bəyənməyən, çox zərif, kiçik bir orqan az qala orqanizmi idarə edir.
Medicina.az həzm və hormonal funksiyaları idarə edən mədəaltı vəzinin yaxşı işləməsi üçün onun sevdiyi qidaların siyahısını təqdim edir.
Çalışın məhz bu ərzaqlardan ay ərzində bir neçə dəfə qəbul edəsiz.
1.Brokkoli
Tərkibində olan apiqenin mədəaltı vəzin toxumasını, divarını patogen təsirlərdən qoruyur. Yaxşı olar ki, brokkolini ya buxarda bişirib, ya da şirəsini çiy halda içəsiz.
2.İspanaq
Mədəaltı vəzi bədxasəlli şiş hüceyrələrdən qoruyur.
3.Yoqurt
İmmun sistemi möhkəmləndirən probiotikdir, mədə-bağırsaq sistemin işini yaxşılaşdırır. Mədəaltı vəz üçün az yağlı, qatqısız, rəngsiz, təbii yoqurtlar seçin.
4.Balqabaq
Duz turşularını neytrallaşdırır, tərkibində karotin, kaliy, B qrup vitaminləri, dəmir, maqniy mədəaltı vəzi üçün dərmandır. Pankreatit xəstəliyi olanlar balqabaq şirəsi içsin.
5.Batat
Yer kartofu, qırmızı kartofa bənzər bu tərəvəz satışda olur. Formasına görə mədəaltı vəzini də xatırladır. Vəzi artıq yükdən azad edir.
6.Topinambur
Bizdə dombalan deyilir. Zəncəfil kökünə bənzəyir. Şirin kartof kimi dadı var. Maddələr mübadiləsini normallaşdırır, mədəaltı vəzi iltihabını azaldır. Şəkərli diabetin yaranmasına qarşıdır, aterosklerozun qarşısını alır.
7.Qarağat
Şəkərli diabet xəstələri üçün əvəzsizdir. Çünki mədəaltı vəzin işini stimullaşdırır. Əgər il ərzində çox miqdarda qarağat qəbul etsəz, qaraciyər, öd, mədəaltı vəz problemlərindən qurtula bilərsiz.
8.Qarabaşaq
Mədəaltı vəzi toksinlərdən təmizləyir, pankreatiti müalicə edir. Amma qarabaşağı yağsız, duzsuz qəbul etmək lazımdır.
9.Qırmızı üzüm
Güclü antioksidantdır, sərbəst radikalları zərərsizləşdirir. Iltihabı azaldır. Mədəaltı vəzin xərçəngində sağlam hüceyrələrin ölüm faizini azaldır.
10.Biyan kökü
Bu möcüzəvi dərman bitkisi çox xəstəliklərdə müalicə edir. Dəmləməsi iltihab əleyhinədir, ağrı, ödemi azaldır, pankreatiti zəiflədir. Gündə 2 fincan içmək lazımdır.