BölmələrRU
Xidmətlər
 

Mədə reflüksü olanlar bu yastıqda yatmalıdır- Gecələr mədə şirəsi qida borusuna axmasın deyə


Bu xəstəlikdən Azərbaycan əhalisinin çox hissəsi əziyyət çəkir. Ezofagit reflüks nədir? Bir orqanda gedən prosesin getməli olduğu istiqamətə yox, əksinə, geriyə istiqamət almasıdır. Reflüks həzm orqanları və böyrəklərdə ola bilər. Qastroezofagel reflüks zamanı mədədə olan acı şirə geriyə - qida borusuna sıçrayır. Bu isə insana ziyandır. Çünki qida borusu qidanı mədəyə ötürmək funksiyası daşıyır, geriyə yox. Həmçinin qida borusunun selikli qişası yandırıcı mədə şirəsinə dözümlü deyil. 

Medicina.az xəbər verir ki, əslində sağlam adamda da gün ərzində çox yemək yedikdə, yediyi qidalardan asılı olaraq və qazlı su içdikdə geriyə axınla qarşılaşa bilir. Xəstəlik o zaman hesab olunur ki, reflüks tez-tez təkrarlanır və insanın dinc halında, xüsusən gecələr, yuxuda da baş verir. Bu, mədə və qida borusunun iltihabına, gələcəkdə isə daha ağır xəstəliklərə yol açır. Vəziyyət onda ağırlaşır ki, insanın bağırsaqlarında, ödündə də problem var və mədə şirəsinə onikibarmaq bağırsaq və öd şirəsi də qatılır. 

Reflüks müalicəsi çətin olan xəstəlikdir. İnsan bu problemə görə həyat tərzini dəyişməlidir: 

-Siqaretdən tam imtina
-Yuxu rejiminə ciddi riayət
-Dar, uzun boğazlı geyimlər, korset, sıx kəmər olmaz

-Ağırlıq qaldırmaq, çətin idman növləri ilə məşğul olmaq olmaz
-Artıq çəki qadağandır
-Stress və əsəbdən uzaq

-Eləcə də bu insanlar yatanda çarpayının baş ucunu bir neçə sm hündürə qaldırmalı və xüsusi ortopedik yastıqda yatmalıdırlar.

Reflüksü olan insanın yastı yastıqda yatması, başının çökəyə düşməsi, yuxuda boynunun vəziyyəti gecə mədə şirəsinin qida borusuna daha çox axmasına səbəb ola bilər. İnsan yuxuda olduğundan o bunun qarşısını ala bilmir və şirə rahatlıqla qida borusunu zədələyir.
 


Ortopedik yastıqlar içində Visko Reflü adlı yastıq məhz bu problemi olan insanlar üçün nəzərdə tutulub.

Yastıq insanın bədəninin yuxarı hissəsini dik tutaraq masaj süngərinin köməkliyi ilə baş, boyun və onurğanı rahatladır. Eyni zamanda öskürək və astmadan əziyyət çəkənlər üçün də idealdır.

Bu yastıqda yatdıqda mədə şirəsinin geriyə axmasının qarşısı alınır. 

Nəzərə alsaq ki, reflüks uşaqlarda da olur, visko reflü yastıqlarından uşaqlar üçün də almaq lazımdır. 


Bakıda bu yastıqları ortopedik yataq ləvazimatları brendi olan Yatsan Azərbaycan təqdim edir. 


Ünvan: Əhməd Rəcəbli 197(N.Nərimanov m/s yaxınlığı)
(012) 564 14 79
050  244 14 79