Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Mədə ağrısına dərmansız çarələr - Xalq üsulu

  • 2018.10.25 17:45
  • 27571 Baxış
Mədə ağrısına dərmansız çarələr -  Xalq üsulu
Mədə ağrısına bir çox faktorlar səbəb olar. Düzgün qidalanmamaq, qastrit, mədə xorası və s.


Bəzi sadə və təbii vasitələr isə mədə ağrısını azaltmağa kömək edə bilər. Ancaq mütəmadi hiss edilən ağrı üçün həkim müayinəsi gərəklidir.

 

Medicina.az evdə edilə biləcək üsulları təqdim edir:


1. Adi su.


Mədə ağrısı zamanı kiçik qurtumlarla su için. Bu sadə vasitə ağrını azaltmağa kömək edir.


2. Süd.


Süd mədə turşusunu neytrallaşdırır və mədə ağrılarını azaldır.


3. Soda.


Yarım ç.q. sodanı yarım stəkan suda həll edin və için. Soda mədə ağrısını azaldan ən tanınmış vasitədir. Lakin onu da nəzərə alın ki, bu vasitədən tez-tez istifadə fəsadların inkişafına və xəstəliyin daha da ağırlaşmasına səbəb ola bilər.


4. Nişasta.


Nişasta və sudan çox da qatı olmayan "kraxmal" bişirin və bu vasitədən yarım stəkan için. Nişasta da mədənin turşuluğunu azaldır və bununla da ağrıların azalmasına kömək edir.


5. Nanə çayı.


1 ç.q. nanəni 1 fincan isti suda 30 dəqiqə dəmləyin, süzün və kiçik qurtumlarla için. Nanə mədədə spazmı azaldır, xəstənin vəziyyətini yüngülləşdirir.