BölmələrRU
Xidmətlər
 

Mədə ağrıları nədən yaranır?

Bir çoxları mədə ağrısından şikayətçidirlər. Səbəbini anlamaq isə bəzən uzun zaman alır.
 
Bəs mədə ağrıları nədən yaranır?
 
Medicina.az həmin səbəbləri qeyd edir:

1. Reflü problemi - bu zaman mədədən turş qida qida borusuna keçir, nəticədə güclü ağrı yaranır;

2. Laktozaya dözümsüzlük -  Dünyada milyonlarca insanda rast gəlinir. Süd və süd məhsullarındakı şəkərin həzm olunmasında problem olur. Bu zaman yüngül mədə ağrısı, köp, ishal, gəyirmə, qaz müşahidə olunur;   

3. Bəzi dərmanların əlavə təsirlərindən mədə ağrısı yarana bilər. Bunlara əsasən qeyri steroid iltihab əleyhinə olan dərmanlar aiddir;

4. Glütenə dözümsüzlük -  Bəzı insanlarda buğda, arpa, çovdarda protein olan glütenə qarşı həssaslıq olur.Bu zaman mədə bölgəsində ağrı,köp, qaz kimi problemlər baş verir;  

5. Stres;

6. Endometriyoz;

7. Tiroid problemləri;

8. Parazitlər;

9. Apendisit.