Möcüzə cavanlaşma – Qaşıqla masaj

  • 2018.03.31 19:55
  • 33261 Baxış
Möcüzə cavanlaşma –  Qaşıqla masaj
Bu cavanlaşma metodu yaponlardan gəlir. Çox asandır. 

Bir stəkan soyuq su, bir nəlbəki isidilmiş bitki yağı götürülür. 

Təmiz üz dərisinə hər hansı nəmləndirici krem çəkilir. 


Qaşığı spirtlə silirsiz. əvvəlcə qaşığı soyuq suya salıb, yuxarı göz qapağına qoyursuz. 5 dəfə edib, sonra gözaltına keçirsiz. Hər dəfə qaşığı suya salın. Bu gözaltı şişkinliyi, qara kölgəni aparır. 


Sonra qaşığı azca isti yağda saxlayıb, üzün masajı olunur. Üzdə masaj xətlərinə düzgün riayət etmək lazımdır: alının ortasından gicgahlara, burunun yanından qulaqlara doğru, buxaqdan üzü yxarı, boyunda aşağıdan yuxarı. Hər hərəkəti 10 dəfə etmək lazımdır. Qaşıqda sürüşmə azalanda, yenidən yağa batırın.

 

Prosedurun sonunda üz ilıq su ilə yuyulur. 10 gün ardıcıl etmək lazımdır. 

 

 

Möcüzə cavanlaşma –  Qaşıqla masaj
Möcüzə cavanlaşma –  Qaşıqla masaj
Möcüzə cavanlaşma –  Qaşıqla masaj