Ölümcül xəstəliyin çarəsi tapıldı - Fındığın MÖCÜZƏVİ FAYDALARI

  • 2017.11.13 11:47
  • 22433 Baxış
Ölümcül xəstəliyin çarəsi tapıldı - Fındığın  MÖCÜZƏVİ FAYDALARI
Dünyada yüzlərlə insan xərçəng xəstəliyinin qurbanı olur.

 

Medicina.az xəbər verir ki, alimlər, xərçəngin qarşısını alacaq möcüzəvi qidanın çiy fındıq olduğunu açıqlayıb. Vitaminlərlə zəngin olan fındığın digər faydalarını təqdim edirik:


1.İmuniteti qüvvətləndirir



Fındıq yağı E vitamini baxımından zəngindir. E vitamini, qırmızı qan hüceyrələrinin parçalanmasının qarşısını alaraq qan azlığı  riskini azaldır. Doğru qan dövranı soyuqdəymə və digər xəstəliklərin yaranma riskini azaldaraq immunitet sistemini gücləndirir.


 

2.Sinirləri möhkəmləndirir


Tərkibindəki qida elementləri tam bir sağlamlıq anbarı olan fındıq, B6 vitamini baxımından zəngindir. B6 vitamini sinir sisteminin düzgün şəkildə işləməsini təmin edir və sinir sistemimizin sağlam bir şəkildə funksiya göstərə bilməsi üçün seratonin, melatonin və epinefrin kimi hormonların ifraz olunmasını təmin edir.


3.Diyabet riskini azaldır


Həkimlər, diabet xəstələrinin müntəzəm olaraq fındıq qəbul etmələrinin diabeti olmayanlara nisbətən daha aşağı qan yağlarına malik olduğu bildirirlər. Həmçinin  diabet xəstələri gündəlik pəhrizlərinə fındıq əlavə etdikdə qan şəkərinin normada olduğunu da açıqlayıblar.

 

4. Qəbizliyin qarşısını alır


Fındığın tərkibindəki yüksək lif, bağırsaq sağlamlığı üçün olduqca faydalıdır. Yüksək lif bağırsaq hərəkətlərini aktiv hala gətirib, həzm sisteminin işini asanlaşdırarır. 


5.Qocalmağı ləngidir


Fındıqda olan antioksidantlar, dəriyə zərər verən sərbəst radikallarla mübarizə apararaq, daha sağlam görünməsinə yardımçı olur. Eyni zamanda dəri xərçəngindən qoruyur. E vitamininin də dəstəyi ilə ölü hüceyrələri aradan qaldıraraq daha sağlam və daha gənc görünüşlü bir dəri təmin edir