Elmi Cərrahiyə İnstitutuna yeni DİREKTOR TƏYİNİ

  • 2018.05.14 11:15
  • 15825 Baxış
Elmi Cərrahiyə İnstitutuna yeni  DİREKTOR TƏYİNİ
M.Topçubaşov adına Elmi Cərrahiyə İnstitutuna yeni direktor təyin olunub.


Medicina.az xəbər verir ki, faktı "Report”a təsdiqləyən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova qeyd edib ki, bu vəzifəyə Ağayev Rauf Maqsud oğlu təyin edilib.


Nazirlik rəsmisi bildirib ki, bununla bağlı səhiyyə naziri Oqtay Şirəliyev müvafiq əmr imzalayıb.


Qeyd edək ki,R.Ağayev əvvəllər Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında direktorun müalicə işləri üzrə müavini-baş həkim vəzifəsində çalışıb.


Xatırladaq ki, institutun əvvəlki direktoru, akademik Böyükkişi Ağa oğlu Ağayev aprelin 4-də 90 yaşında vəfat edib