BölmələrRU
Xidmətlər
 

Ölmək istəyən gənc üzünü dağıtdı, indiki halı isə dünyanı heyrətə salır - Ən yaxşı üz transplantasiyası

26 yaşlı Cam Underwood 2 il əvvəl intihara cəhd edib. O, silahla özünü çənəsindən güllələyib, lakin həkim müdaxiləsi nəticəsində sağ qalıb.

Medicina.az xəbər verir ki, sağ qalsa da Camın üzü və baş nahiyəsi tamamilə dağılmış vəziyyətdə olub. İntihara cəhddən sonra o, maska taxmadan insan içinə çıxmağa utanır, yeməyi belə çətinliklə yeyirmiş. Bu hadisədən sonra pasiyent üzərində çoxsaylı cərrahi əməliyyatlar aparılıb. 
 
Картинки по запросу Cam Underwood

Nəhayət, Cama üz transplantasiyası edilib. Onun donoru amerikalı Vili Vişer olub. 

Doktor Rodrigez transplantasiyanı uğurla həyata keçirib. İndi Camı görənlər təəccüblərini gizlədə bilmirlər. 
 
Картинки по запросу Cam Underwood

Cam bu hadisə və keçdiyi çətin yolla bağlı danışarkən təcrübəsinin başqalarına ilham olmasını istədiyini deyib: "Ümid edirəm ki, mənim təcrübəm mənim başqalarından ilham aldığım kimi, ağır üz xəsarətləri olan digər insanları da ruhlandırar. Bu yol asan olmayıb, amma buna dəyərdi. Mənim burnum və ağzım var. Mən yenə də  gülümsəyə, danışa, yemək yeyə bilirəm. İndi çox sevdiyim məşğuliyətlərimə geri dönmüşəm, açıq havada gəzə bilirəm. Ümid edirəm ki, tezliklə iş həyatıma geri qayıdacağam və ailə quracağam”.
 
Nigar
Medicina.az
 
Картинки по запросу Cam Underwood