Ölkədə saxta, mənşəyi bəlli olmayan preparatlar satılır - Botoks vurduranların NƏZƏRİNƏ

  • 2018.03.13 11:13
  • 15288 Baxış
Ölkədə saxta, mənşəyi bəlli olmayan preparatlar satılır - Botoks vurduranların  NƏZƏRİNƏ
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin əməlləri ifşa edilib.


Medicina.az xəbər verir ki, Baş Prokurorluqdan ölkə.az-a verilən məlumata görə, əhalinin sosial rifahının yaxşılaşdırılması, sağlamlığının qorunması, hər bir vətəndaşın fiziki və ruhi sağlamlığının mühafizəsi və tibbi yardımla təminatına yönəldilmiş tibbi-sosial xarakterli islahatlar və dövlət proqramlarının uğurlu icrası bu sahənin ölkədə prioritet məsələlər sırasına qaldırılmasının bariz nümunəsidir.


Son dövrlər ayrı-ayrı həkim-kosmetoloqlar tərəfindən istifadə zamanı insan sağlamlığına bərpaolunmaz zərər vurmaqla əhali arasında geniş narazılığa səbəb olan saxta, mənşəyi məlum olmayan, kustar üsulla hazırlanmış, habelə dövlət qeydiyyatından keçməyən məişətdə "botoks” kimi tanınan dərman vasitələrinin və kosmetik preparatların istehsalı, satışı və idxalı barədə daxil olmuş çoxsaylı müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi külli miqdarda törədildikdə) və 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə cinayət işi başlanıb.


Aparılmış ilkin istintaq-əməliyyat tədbirləri ilə İran vətəndaşları Jahani Hiveh Chi Hamid və Fakhri Dameshgiyeh Khosronun Bakı şəhərində yaşadıqları ünvanlar müəyyən edilərək onlara baxış keçirilərkən, bu qəbildən qanunazidd əməlləri ifşa olunub.


Belə ki, Jahani Hiveh Chi Hamidin yaşadığı ünvanda keçirilmiş baxış zamanı üzərində "Canotix 50 units” sözləri yazılmış və satış qiyməti 80 manat təşkil edən 52 ədəd dərman preparatları, "Canotix 100 units” sözləri yazılmış və qiyməti 110 manat təşkil edən 66 ədəd dərman vasitələri və üzərində hər hansı etiket olmayan 196 ədəd olmaqla, ümumilikdə 314 ədəd şüşə konteynerdə qablaşdırılmış dərman vasitəsi, habelə həmin qablaşdırmaların üzərinə yerləşdirmək üçün üçün istifadə olunan yapışqan etiketlər və digər bu kimi dərman preparatları aşkar edilərək götürülüb.