Linzalardan gözə düşən parazitlər - Korluğa səbəb olur

  • 2017.10.07 14:43
  • 14683 Baxış
Linzalardan gözə düşən parazitlər -  Korluğa səbəb olur
Görməni yaxşılaşdırmaq üçün istifadə olunan optik linzalar daha böyük fəsadlara yol açır.


Medicina.az xəbər verir ki, Avstraliya Elmi Mərkəzinin yaydığı açıqlamaya görə, sözügedən linzalar sonradan görmə itiliyinin daha da azalmasına, tamamilə korluğa kimi gətirib çıxarır. 


O da məlum olub ki, son zamanlar bu cür oftalmoloji vasitələrdən istifadə edən pasiyentlərin göz dibinə zərərverici mikroskopik parazitlər düşür. Bu mikroorqanizmin neqativ təsirindən akantameb keratit inkişaf edir. Parazit kontakt linzaların saxlanıldığı xüsusi məhlulda daha da çoxalır. 


Əgər vaxtında infeksiyaya qarşı terapiya aparılmasa, görmə getdikcə itir.