BölmələrRU
Xidmətlər
 

Limonun üzərinə duz-istiot səpib yeyin,şəfa tapın - XÜSUSİ ÜSUL

Limon diliminin üzərinə qara istiot, dəniz duzu səpib, sonra istifadə etsəniz, daha çox fayda əldə edə bilərsiz. 

Medicina.az bu üsulun sağalda biləcəyi xəstəlikləri təqdim edir:

Boğaz ağrısı, angina – limon suyu, istiot, dəniz duzunun hərəsindən bir çay qaşığı bir stəkan isti suda həll edib, boğaza kompres və qarqara olunur. 

Burun tutulması, haymorit – buruna damcı olunur və bu qarışımın qoxusu gün ərzində tez-tez buruna çəkilir. 

Öd yolları durğunluğu və öd daşlarında – yarım limon, 2 xörək qaşığı zeytun yağı, duz, istiot qarışdırılıb, qəbul olunur.

Astma tutmaları – 10 ədəd dənəvər qara istiot, 2 mixək, 15 reyhan yarpağı bir stəkan qaynar suda qarışdılıb, 15 dəqiqə qaynadılır, sonra süzülüb bankaya yığılır. Soyuducuda saxlanılır. Bir stəkan isti südə 2 xörək qaşığı qatılıb içilir.
 


Diş ağrısı, iltihabı, stomatit – limon suyu, dəniz duzu və qara istiotdan isti suda həll edib, hər yemək qəbulundan sonra ağızı yaxalamaq.

Soyuqlama və qrip: qaynar suda limonun lətli hissəsi əzilir, bura 1 çay qaşığı istiot və bir çay qaşığı duz qatılıb, içilir.

 Ürəkbulanma və toksikozda – limon diliminin üzərinə duz səpib, sovrulur. 

Bu metod yüksək təzyiq və şəkər xəstələri üçün də vacibdir. Amma bu xəstələr duzun miqdarını az etsinlər.