Körpələriniz "su zəhərlənməsi" keçirə bilər - Xəbərdarlıq

  • 2018.04.03 11:16
  • 14730 Baxış
Körpələriniz "su zəhərlənməsi" keçirə bilər -  Xəbərdarlıq
Yeni doğulan körpələri su ilə qidalandırmaq ölümcül nəticələr verə bilər.

 

Medicina.az xəbər verir ki, mütəxəssislər bu barədə valideynlərə xəbərdarlıq ediblər.


Araşdırmalara görə, uşaqlara su vermək böyük risk daşıyır. Körpələr tərəfindən istifadə edilən maye, "su zəhərlənməsinə” səbəb yarada, bu da uşağın krizə girməsinə, hətta ölümünə səbəb ola bilər.


Bəs suya həqiqətən ehtiyac varmı?


Körpələrə ən az 6 ay ana südü verilməlidir. 6 aydan sonra 1 udqunluq su vermək güvənli qəbul edilir. Ancaq edilən yeni araşdırmalara görə, körpələr 1 yaşına qədər su olmadan yaşaya bilər. Körpələr su ehtiyacını ana və ya inək südü ilə qarşılayır.


Su körpələrə nə üçün zərərlidir?


Ana südünün tərkibində protein, vitamin, mineral, karbonhidrat və yağ kimi ehtiyac duyulan qida maddələri var. Həkimlər, suyun tərkibində uşağa lazım olan mineralların olmadığını bildiriblər:


"Ana südündə bu ehtiyaclar mövcuddur. Qısa müddətdə çox su verildiyində su zəhərlənməsi yaşana bilər. Böyüklər susuzluğu nəzarət altına ala bilər. Ancaq bu, körpələrə məxsus deyil. Bu səbəbdən su zəhərlənməsi ölümlə nəticələnə bilər".