BölmələrRU
Xidmətlər
 

Körpələrdə keçməyən sancıların səbəbi...İnfatil kolik nədir?

Anaları narahat edən mövzulardan biri körpələrin sancılanmasıdır. Bu bəzən analarda qorxuya səbəb olur və onları həkim-həkim gəzməyə vadar edir.
 
Mövzu ilə bağlı Medicina.az-a açıqlama verən pediatr Xəyalə Quliyeva bildirib ki, keçməyən sancıların səbəbi infatil kolikdir: "İnfatil kolik ayda 3 gün həftədə 3 dəfə gündə 3 saata qədər çəkən qaz, köp sancılarıdır. Əsasən birinci aydan başlayır, 3-4 aya qədər çəkir. Nadir hallarda 6-12 aya qədər uzanır. Əksər hallarda axşam saat 6-dan sonra başlayır, uşağın ayaqlarını özünə tərəf yığaraq gücənməsi, rənginin qızarması, hətta qaralması kimi müşahidə edilir”.
 Pediatr infatil kolikin yaranma səbəbini ananın hamiləlik zamanı keçirdiyi stress, südvermə zamanı qidalanmanın düzgün olmaması, pəhrizə əməl etməməsi (paxlalı bitkilər, lobya, noxud və s. xəmir xörəkləri yeməsi) və s. ilə əlaqələndirib. 

Bəs belə ağlamaların keçməsi üçün nə edilməli? 
 


"Xüsusi müalicə üsulu yoxdur. Müəyyən bitki çayları – şüyüd, razyana və s. simetikon tərkibli preparatlar və laktobasil tərkibli probiotiklər az da olsa problemi aradan götürərək körpəni yüngülləşdirə bilər. Kolikin ən gözəl dərmanı isə zamandır”,-deyə Quliyeva qeyd edib.
 
Şəhanə Quliyeva