Kortizol hormonunu idarə edə bilsəz, gec qocalaqsız – Xüsusi reseptlər

  • 2018.12.18 21:21
  • 10705 Baxış
Kortizol hormonunu idarə edə bilsəz, gec qocalaqsız –  Xüsusi reseptlər
Əgər stress hormone kortizolu ram edə bilsəz, xüsusən qadınlar uzun və sağlam ömrün sirrini əldə edib, gec qocalacaqlar. Bunun necə baş verdiyini məşhur rusiyalı bioqerontoloq, biologiya elmləri namizədi Aleksey Moskalev izah edir.

 


Medicina.az xüsusi məsləhəti təqdim edir:


" Stresə cavab kişi və qadında fərqlidir. Qadın daha tez və çox əsəbləşir. Ona görə onlarda daha çox stress hormone kortikosteroidlər hasil olur. Bu hormone böyrəküstü vəzilər hasil edir. İnsan qocaldıqca kortizolur orqanizmdə miqdarı daha da artır. Kortizol qadının qocalma səbəbidir: o qanda şəkəri artırır, dərini sıradan çıxarır. Bədəni susuzlaşdırır, dərialtı piy qalınlaşır. Bu səbəblərdən dəri nazilir, kobudlaşır, quruyur, qırışır. Kortizoun çoxaldığını, toplandığını hardan biləcəksiz: qarın, bel nahiyəsinin qalın piyləşməsi və kökəlməsindən. Kortizol məhz orda toplanır.



Kaprizli kortizolu necə ram etməli?


Orqanizmdə kortizolun səviyyəsi hər an müxtəlif səbəblərdən dəyişə bilər. Ona günün saatları, yemək, fiziki aktivlik və s. təsir göstərir. Ona görə kortizolu analizlə təyin etmək çətindir. Nəticələr dəqiq olmur. 

 


 


Kortizolu artıran səbəblər:


-Aclıq, dieta, az kalorili qidalar

-Ağır fiziki iş, yorulmaq

-Yuxusuzluq, az yatmaq

-Psixoloji stress, həyəcan

-Alkoqol, qəhvə,kofein tərkibli içkilər


Kortizolu azaldan faktorlar.


-Təbiətdə gəzmək

-Çimmək, vanna

-Yaxşı qidalanma

-Aromaterapiya

-Idman

-Yuxu

-Sakitləşdirici hər bir şey

-Ev heyvanı, it, pişik

-Rəqs, yoqa, musiqi

-Saqqız

-Yaxşı işıqlandırılmış otaq, ev

-


 


Kortizolu normada saxlamaq üçün reseptlər


Kortizolu qaydada saxlamaq üçün qamətin, onurğanın düz saxlanmasına diqqət yetirmək lazımdır. 

Xeyirli bitkilərdən rodiola, çin limonu, qinko bloba, jenşen məsləhətdir.


Soyuq sıxılma original zeytun yağı, balıq və balıq məhsulları, paxlalılar kortizolu salır.


C vitamin ilə zəngin itburnu, qırmızı bibər, göyərti, yemişan, D vitamin, maqniy – küncüt, qoz, badam, qarabaşaq, brokkoli, avocado, şokolad, göbələk, kətan yağı, balıq yağı, zəfəran, sarıkök, karri kimi qidalardan bol istifadə olunmalıdır. 


Kortizol hormonunu idarə edə bilsəz, gec qocalaqsız –  Xüsusi reseptlər
Kortizol hormonunu idarə edə bilsəz, gec qocalaqsız –  Xüsusi reseptlər