Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kontakt linzalar haqda bilmədikləriniz – FAYDALARI, ZƏRƏRLƏRİ

  • 2019.03.01 11:24
  • 8665 Baxış
Kontakt linzalar haqda bilmədikləriniz –  FAYDALARI, ZƏRƏRLƏRİ

Kontakt linzalar bir çox insanın həyatının vazkeçilməz parçasına çevrilib. Ancaq zamanla linzaların insanlara orqanizminə zərərləri ortaya çıxır. Kor-koranə istifadə edilən linzalar bir sıra göz xəstəliklərinə səbəb olur. 


Medicina.az xəbər verir ki, kontakt linzalar göz rəngini dəyişmək üçün, görməni artırmaq üçün və nadir hallarda gözlərin müalicəsi zamanı göz səthində yerləşən kornea təbəqəsinin üzərinə yerləşdirilən protezdir.

  

Göz səthinə birbaşa təmas etdiyi üçün diqqətsiz istifadəsi zamanı infeksiyaya, göz səthinin cızılmasına və bir çox digər problemlərə səbəb ola bilər. 


Amma linza istifadəsinin əsas məqsədi yaxşı görmək və cazibədar görünmək olduğu üçün onunla lazımı qaydada davrandıqda ondan uzun müddət və sağlamlığa zərər verməyəcək formada istifadə etmək olar.

 

Buna görə də linza istifadəsi zamanı bütün qaydalara dəqiq riayət edilməlidir. 


Linzalar 2 cür olur: qaz keçirən və yumşaq linzalar. 


Qaz keçirən linzalar daha çox keratokonus kimi hallarda istifadə edilir. Yumşaq linzalar isə daha rahat istifadə edilir və göz tez bir zamanda ona öyrəşir.


Linza istifadəçiləri əsasən istifadə etdikləri eynəyin nömrəsində linza alaraq səhvə yol verirlər. Çünki linza nömrəsi ilə eynəyin nömrəsi uyğun gəlməyə bilər. Linzanın nömrəsi bir sıra xüsusiyyətlərdən asılı olaraq dəyişir. Bura korneanın diametrindən tutmuş, onun əyriliklərinə qədər bir sıra amillər təsir edir. 

 

Bundan əlavə, internet vasitəsilə alınan linzalar da keyfiyyətsiz materiallardan hazırlandığı üçün gözlərdə çox ciddi zərər verə bilər. 


Buna görə də linza seçərkən həkim məsləhəti mütləqdir. Belə olduqda seçdiyiniz kontakt linzalar sağlamlığınıza zərər vurmadan uzun müddət istifadəyə yararalı olacaq.

 

Arzu

Medicina.az