Kolonoskopiya zamanı xəstəyə ciddi zərər vuran klinika 1 milyon təzminat ödəyəcək – Məhkəmə qərarı

  • 2018.10.03 16:19
  • 7700 Baxış
Kolonoskopiya zamanı xəstəyə ciddi zərər vuran klinika 1 milyon təzminat ödəyəcək –  Məhkəmə qərarı
Klinikada kolonoskopiya – bağırsaqların endoskopik  müayinəsindən keçən qadına həkim səhvi ucbatından verilən fəsad səbəbindən pasiyent əlil olmuşdur. Bu səbəbdən qadın işindən ayrılır və işsiz qalır.

 

O, səhhətinə və həyatına vurduğu bu zərərə görə Sankt Peterburqda Avropa Sağlamlıq İnstitutu adlı klinikanı məhkəməyə verib.


Məhkəmə işə baxaraq, klinikanın pasiyentə 900 min rubl təzminat ödəməsi barədə qərar çıxarıb.

 

Maraqlısı odur ki, tibbi klinikalar bazasında OOO Avropa Sağlamlıq İnstitutu adlı klinika və ya səhiyyə mərkəzinin adı çıxmadı. Bu səbəbdən Sankt-Peterburq Prokurorluğuna müraciət olunaraq klinikanın necə açılması və fəaliyyət göstərməsi barədə sorğu göndərilib.