KOLONOSKOPİYA – Bağırsaqlarından xəbərin olsun

  • 2018.06.29 18:03
  • 31843 Baxış
KOLONOSKOPİYA –  Bağırsaqlarından xəbərin olsun
Hazırda Azərbaycanda bağırsaq xəstəlikləri və onkoloji problemlər artdığından kolonoskopiya kimi bir zamanlar az müraciət olunan diaqnostika növü onkoloq, qastroenteroloq və proktoloqların sevimli müayinəsinə çevrilib. 


Çoxları bağırsaqlarındakı problemi gizlədir, çoxları bu müayinə üçün utanır, çoxları heç nə olmaz deyə düşünüb illərlə bağırsaq qanamasından əziyyət çəkir.

Amma cəmi 1 dəfə kolonoskopiya etdirməklə, həm özünüzü, həm həkiminizi rahatlada bilərsiz. 


Kolonoskopiya da mədəyə zond salınması kimi müayinə metodudur, burda zonf anus dəliyindən yeridilir. Əslində ağrısızdır, amma bağırsaqlar bir az köpdüyü üçün təzyiq hissi xəstəni narahat edə bilər. Həm də proses özü həyəcanlı olduğundan xəstəni tam rahat etmək üçün ümumi narkoz, yəni 15 dəqiqəlik yuxuya verməklə bu iş həll olunur.


Kolonoskopiya – yoğun bağırsaq və düz bağırsağın instrumental diaqnostikası və patoloji problemlərin müalicəsi üçün prosedurdur. Burda bağırsağın selikli qişası tam detallı görünür. Zondun ucunda olan kamera görüntünü monitora ötürür və həkim bağırsaqların içini iri planda görür. 

 



Əgər bağırsaqda hər hansı patologoya aşkarlanarsa, o zaman bu manipulyasiyaları yerindəcə etmək imkanı var:


-Poliplər görünərsə, götürülür, ya yandırılır

-Qanaxma varsa, saxlanılır

-Yad nəsə varsa çıxarılır

-Daralma, bitişmə varsa, bərpa olunur

-Şiş varsa, biopsiya materialı götürülür


Kolonoskopiyaya göstərişlər:

-Qanaxma

-Poliplər, yeni törəmələrə şübhə

-Onkopatologiya

-Kron xəstəliyi – kəskin iltihab, diareya

-Xoralı kolit

-Xroniki qəbizlik və ishal

-Sürətlə arıqlama

-Qanazlığı

-Subfebril hərarətin uzun müddət qalması


Ümumiyyətlə isə 45 yaşdan sonra hər bir şəxsə 2 ildən bir kolonoskopiya etdirmək lazımdır. Əgər nəsildə bağırsaq xərçəngi varsa, bu insanlar yüksək risk altında olduqlarından, ildə 1 dəfə kolonoskopiyadan keçməlidirlər.


Kolonoskopiyaya əvvəldən hazırlaşmaq, həkimin verdiyi işlədici, təmizləyici dərmanları qəbul etmək lazımdır.


Kolonoskopiyaya əks göstərişlər:

-İnfarkt miokard xəstələrinə

-Hamilələrə

-Şəkərli diabetlər

-Kəskin qan axması olanlara

-Peritonitdə


Kolonoskopiya kifayət qədər ziyansız asan metoddur, amma onu yüksək peşəkar, işində mütəxəssis, klinika şəraitində düzgün icra etməlidir. Avadanlıq müasir və steril olmalıdır. 



Əgər siz də bağırsaqlarınızı yoxlatmaq istəyirsizsə, Bİoloji Təbabət klinikasının Endoskopiya kabinetinə müraciət edə bilərsiz.

Burada Almaniya avadanlığı və metodikası ilə narkozla və narkozsuz kolonoskopiya proseduru həyata keçirilir, nəticəyə əsasən qastroenteroloq müalicə təyin edir.




Bizimlə əlaqə:


Tel.: (+994 12) 430 89 89

Mob.: (+994 50) / (+994 55) / (+994 70) 430 89 89

Ünvan: 3 mkr., Pişəvəri 110 (Cavadxan küç 24), M. Əcəmi m.st. yaxınlığında

KOLONOSKOPİYA –  Bağırsaqlarından xəbərin olsun
KOLONOSKOPİYA –  Bağırsaqlarından xəbərin olsun