BölmələrRU
Xidmətlər
 

Kökəlməyə meylli insanlar bu qidalardan uzaq durmalıdırlar - Alimlərdən XƏBƏRDARLIQ

Kökəlməyə meyilli insanlar yemək menyusundan bəzi tərəvəzləri ya tamamilə çıxartmalı, və ya azaldılmalıdır.
 
Medicina.az moderator.az-a istinadən xəbər verir ki, Harvarddan olan alimlər böyük bir tədqiqatın nəticələrini açıqlayıblar. Bu nəticələrə görə də alimlər artıq çəkisi və kökəlməyə çox meyilli olan şəxslər üçün arzuolunmaz tərəvəzlərin siyahısını tərtib ediblər. Dietoloqlar birmənalı olaraq onları menyudan çıxarmağı məsləhət görürlər.

1. Qarğıdalı 
Ən kalorili tərəvəzdir: 100 qramda 110 kilokalori var. Tədqiqat iştirakçıları arasında müntəzəm olaraq qarğıdalıdan istifadə edənlər bir ildə 2 kq artıblar, etməyənlərin isə çəkisi artmayıb, əksinə arıqlayıblar.

2. Kartof 
100 qramda 80 kilokalori və saysız-hesabsız kraxmal var ( qarğıdalıdan az olsa da). Biz hələ soyutma kartofdan danışırıq, qızardılmış kartofsa daha kalorilidir.

3. Yaşıl noxud
İlk baxışdan adi görünən yaşıl noxudun 100 qramında 73 kilokalori və xeyli şəkər var. Bundan başqa, noxudu qaynadıb yeməyə alışqanlıq narkotika kimi günəbaxan tumuna alışqanlıqdan pis ola bilər. 

4. Turp kələm (kolrabi)
Ənənəvi kələm tərəvəz diyetasının əsas komponentlərindən biridir, amma təcrübə göstərir ki, hər kələm də yaxşı deyil. Pekin kələminin 100 qramında 16 kilokalori var, turp kələmdə isə 4 dəfə ondan çoxdur.

5. Kərövüz 
Kərövüz adətən çox yeyilmir, amma nəzərə alınmalıdır ki, onun 100 qramında 40 kilokalori var. Bundan başqa kərövüz iştah açır ki, bu da zərərlidir.

6. Badımcan 
Böyük badımcanlarda alkoloid solanin cəmləşir ki, bu da həzmi çətinləşdirir. 

7. Paxla
Qurudulmuş və uzun müddət saxlanmış paxlada kifli göbələk əmələ gəlir. Bu göbələyi nə dadda, nə qoxuda hiss etmək mümkün deyil, orqanizm üçün isə, yumşaq desək, xeyri yoxdur