Kişilərin yataqda qadınlardan gözlədikləri DAVRANIŞLAR

  • 2018.06.07 15:27
  • 36467 Baxış
Kişilərin yataqda qadınlardan gözlədikləri  DAVRANIŞLAR
Cinsi həyatın yeniliklərə açıq olmaq lazımdır. Bu münasibəti daha yaxşılaşdıracaq.

 

Medicina.az kişilərin yataqda sevdiyi davranışları təqdim edir:

 

Nəzarəti kişinin öhdəsinə buraxın - Qadınlar əsasən özlərini seks qabiliyyətlərini göstərmək məcburiyyətində hiss edirlər. Təbii ki, bir kişi üçün bu, çox ehtiraslı ola bilər. Ancaq eyni vəziyyət kişi üçün də etibarlıdır. Bəzən kişilər də özlərini sübut etmək istəyirlər. Kişilərin yataqda ən sevdiyi şeylərdən biri qadına sahibləndiyini göstərmək istəyidir. İcazə verin hər şeyi o etsin. Bu fikir onu dəli edəcək.


Barmaqlarınızı sərbəst buraxın - Bu, bir az da sizin rahatlığınızla əlaqədardır. Kişilərin əllərinin sehrli olduğunu düşünsək də, qadınların barmaqlarında da güc var. Kişilərin də bədənində toxunmaya qarşı həssas bölgələr var. O nöqtələri tapın.


Özünüzü tanıyın - Özünüzü və bədəninizi tanımaq gözəl hissdir. Bununla da partnyorunuza zövq verdiyinizi görmək çox xoşunuza gələcək.


Həddi aşmayın - Bəzən sadəlik də gözəldir. Heç gözləmədiyi bir anda onu yaxasından tutub bir anda yatağa atmaq belə, onu dəli edər.


Məkan - Dürüst olmaq lazımdırsa, harada sevişməyiniz əhəmiyyətlidir. Hər zaman yataq otağında sevişmək məcburiyyətində deyilsiniz. Bir az məkan dəyişikliyi yaxşı olar. Bu səbəbdən də seks həyatınız yataq otağı ilə məhdudlaşmasın.


Ona nə istədiyinizi söyləyin - Kişilər nəzarəti əllərinə almağı və nə istədiyinizi bilməyi sevir. Bunun üçün əvvəl özünüzə güvənməlisiniz. Utancaq davranmayın və istəklərinizi söyləyin. Həm partnyorunuz  zövqdən dəli olacaq, həm də istədiyinizi alacaqsınız.


İlk addımı siz atın - İlk hərəkəti qarşı tərəfdən gözləmək çox təbiidir. Hərdən bir siz də birinci olun. Bu gözlənilməz vəziyyət onun xoşuna gələcək. Xüsusilə də ilk dəfə etdikdə. Üzərinə uzanın və onu öpməyə başlayın. Ardı gələcək.


Onu çaşdırın - Uzun bir iş gününün sonunda evə gəldikdə onu yataqda gözləyərək çaşdırın. Daha yaxşı bir yol da var, girişdən yataq otağına qədər paltarlarınızı və alt paltarlarınızın soyunub yerə atın. Özünü nəyin gözlədiyini düşünərək çox həyəcanlanacaq. Yalnız diqqət edin, onu gözləyərkən yuxuya getməyin.