Kişilərdə qasıq yırtığı və son müasir əməliyyatlarla müalicəsi - Məşhur uroloqdan əməliyyat Videosu

  • 2018.08.13 16:13
  • 28132 Baxış
Kişilərdə qasıq yırtığı və son müasir əməliyyatlarla müalicəsi -  Məşhur uroloqdan əməliyyat Videosu
Qasıq yırtığı qasıq bölgəsindəki divarın zəifliyindən və ya uşaqlıq zamanı qapanmalı olan bir kisənin açıq qalması və bu səbəbdən də  qarın boşluğu orqanları və ya mayesinin bu kisə içərisindən keçərək qasığa və ya xayalıqlara doğru yerdəyişməsidir. 


Medicina. az xəbər verir ki, kişilərdə qadınlara nisbətdə daha çox rast gəlinən yırtıq xəstəliyinin yeganə müalicə yolu cərrahi müdaxilə vasitəsilədir.

 



Uroloq-androloq Seymur Mehtiyev Qasıq yırtığına daha çox ağır yük qaldırıldığı zaman təsir göstərdiyini bildirdi.  Bundan başqa artıq çəkiniz varsa,daha çox ağır işlərlə məşğul olursunuzsa,xroniki öskürək varsa və ya kəskin hərəkətlər edirsinizsə yırtıq əmələ gəlmə ehtimalı çoxdur.


Qasıq yırtığı bəzən uşaqlarda doğulduğu zamandan bəzən isə uzun müddət keçdikdən sonra ortaya çıxa bilir.Kişilərdə qasıq yırtığı daha çox rast gəlinir.Qadınlarda da hamiləlikdən sonra risk arta bilir.


Qasıq yırtığının əsas əlamətləri qasıq və xayada yaranan şişkinlikdir.Şişkinlik bir neçə günə və ya uzun müddətə yarana bilir.Bəzən isə şişkinlik ağırlıq qaldırıldığında,öskürərkən və ya gülərkən xaricdən görünə bilir.


Yırtıq xəstəliyin başlanğıc dövründə daha çox ağrı verər. Ancaq ağrı müəyyən müddətdən sonra kəsilə və ya azala bilər.Xəstələr ağrı azaldığı üçün xəstəliyin aradan qalxdığını düşünsə də,əslində bu xəstəliyin irəliləməsinə işarədir.


Əgər bu şikayətlər sizdə varsa,həkimə müraciət etməyiniz mütləqdir.


Əgər qasıq yırtığı xəstəliyiniz varsa,onun dərmanla müalicə edilə bilməyəcəyini bilməyiniz lazımdr.Cərrahi metod yırtıq xəstəliyinin müalicəsinin tək yoludur. Bunun üçün yırtıq böyümədən cərrahi əməliyyatı seçməyiniz məsləhətdir.


Əməliyyatın 2 növü vardır: Açıq və laparoskopik əməliyyat. Hər iki əməliyyatdan sonra yırtığın arxa divarına prolen tor bərkidilir.


Açıq əməliyyatda yırtığın üzərində açılan kəsiklə əməliyyat həyata keçirilirsə,laparoskopik əməliyyat zamanı isə qasıq yırtığına göbəkdən girilən kamera və alətlərlə çatılır və qapalı əməliyyat həyata keçirilir.


Laparoskopik əməliyyat seçimi edən pasientlərdə yara sahəsinin kiçik olması və işləmə müddətinin  daha tez olması qapalı əməliyyatın rahatlığını göstərir.


Buna baxmayaraq ,əməliyyatın növünü bəzən xəstənin seçmə şansı da olmaya bilir. O zaman həkiminizin seçiminə uyğun əməliyyat növünün həyata keçirilməyində fayda var.


Xəstə əməliyyatın növündən asılı olaraq həmən gün və ya 1 gün sonra evə yazıla bilir.1-2 həftə sonra isə normal iş fəaliyyətinə davam etmək mümkündür.İdman və ya digər fiziki hərəkətlərə isə 1 ay icazə verilmir.

 


Kişilərdə qasıq yırtığı və son müasir əməliyyatlarla müalicəsi -  Məşhur uroloqdan əməliyyat Videosu