BölmələrRU
Xidmətlər
 

Kişilər də doğa biləcəklər - Eksperimentlər aparılır

Təxminən 5-10 ildən sonra hər bir kişi istədiyi vaxt sərbəst olaraq dünyaya uşaq gətirmək iqtidarında olacaq.

Medicina.az xəbər verir ki, bunu alimlərin araşdırmaları deməyə əsas verib. Bu ehtimalın elmi əsası var. Belə ki, müasir tibb, əsasən də reproduktiv tibb son illərdə sürətlə inkişaf edir. Bəzi ölkələrdə artıq insan geni üzərində eksperimentlər aparmağa icazə verilib. Bu eksperimentlərin nəticələrindən asılı olaraq, gələcəkdə güclü cinsin nümayəndələri də qadınlarla bir səviyyədə dünyaya uşaq gətirə bilərlər. Bunun üçün əvvəlcə uşaqlığın transplantasiyası və hamiləlik boyunca bir sıra hormonal preparatların qəbulu tələb olunacaq. Düzdür, bunu təsəvvür etmək hələ ki, çətindir. Amma alimlər əmindirlər ki, tezliklə məqsədlərinə bu və ya başqa formada çatacaqlar.