Kişi sonsuzluğunu təbii məhsulla müalicə edin - Hər gün 2 ovuc...

  • 2018.07.07 10:16
  • 15842 Baxış
Kişi sonsuzluğunu təbii məhsulla müalicə edin -  Hər gün 2 ovuc...
Dünyada hər 7-ci cütlük hamiləliklə bağlı problemlər yaşayır. 40-50% hallarda isə bunun səbəbi kişi sonsuzluğu olur.


Medicina.az xəbər verir ki, bəzi məhsullar spermanın keyfiyyətini yaxşılaşdırır və bununla da sonsuzluq problemini həll etməyə kömək edir.


Aparılan araşdırmalara görə, gün ərzində badam, qoz və fındıq yemək kişilərdə spermanın bütün göstəricilərini artırır. Belə ki, spermatozoidlərin sayı 14%, hərəkətliliyi - 6%, həyat qabiliyyəti 4% artır.


Belə effekt almaq üçün kişilərin 2 həftə ərzində hər gün 2 ovuc çərəz yeməyi tövsiyə edilir.