BölmələrRU
Xidmətlər
 

Kiçikyaşlı qızlarda ginekoloji infeksiyalar ola bilir - Anaların diqqətinə

Azyaşlı qızlarda ginekoloji problem və infeksiya ola bilməz deyə düşünən və qızları ginekolji müayinədən keçirməyən analar səhv edir.
Kiçik yaşlı qızlarda daha çox cinsiyyət orqanlarının Vulvit və vulvofaginit kimi xəstəliklərinə rast gəlinir.

Bu barədə Medicina.az akuşer-ginekoloq Almaz Nəbiyevaya istinadən bildirir ki, hətta 5 yaşlı uşaqda belə virus mənşəli infeksiyalar ola bilər. Stafilakok, enterokokk, bağırsaq çöpləri ginekoloji problemlər də yaradır.

Əsas faktorlar maddələr mübadiləsi pozulması, burun-qulaq- boğaz infeksiyaları, bronxit, antibiotik qəbulu, gigiyena qaydalarına əməl etməməkdir.
Həkim bildirir ki, amma ən çox tualetdə nəcisə getdikdən sonra düzgün yuyulma qaydalarına riayət etmədikdə cinsiyyət orqanlarına infeksiyalar düşür. 

Uşaqda vulvit olmasını göstərən simptomlar:

-Vaginal axıntı – qatı, ağ
-Cinsiyyət orqanlarının qaşınması, qızarması, qıcıqlanması
-Sidiyə getdikdə ağrı, yanğı

Valideynlər bu halda uşağı ginekoloq müayinəsinə aparıb, analizlər verməlidir:

-Mikrofloradan yaxma
-Vaginal materialın əkilməsi
-Sidik, qan analizi
-Qurd invaziyaları