Keyfiyyətli şokoladı evdə hazırlayın - RESEPT

  • 2018.04.16 10:11
  • 14317 Baxış
Keyfiyyətli şokoladı evdə hazırlayın -  RESEPT
Bugün marketlərdə satılan şokoladların tərkibində kifayət qədər kimyəvi zərərli maddələr aşkarlanır. Bu səbəbdən mütəxəssislər belə şirniyyat növündən yeməyi tövsiyə etmirlər.


Medicina.az evdə hazırlana biləcək şokolad reseptini təqdim edir:


Tərkibi:


5 x/q kakao


2 x/q şəkər tozu


50 qr kərə yağı

 

0,5 stəkan süd

 


Hazırlanması:


Südü bir qazanda qaynatmadan isidin. Şəkər tozu və kakaonu qarışdırın. Ehtiyyatla südün üstünə əlavə edin. Sonra kərə yağını da qarışıma tökün. 2 dəqiqə də qarışdıraraq, aşağı odda bişirin. Hazır olan isti şokoladı zövqə görə qalıblara töküb, soyudun. Soyuduqdan sonra, bir neçə saat soyuducuda saxlayın. İstədiyiniz vaxt şokoladı formalarda çıxardıb yeyə bilərsiniz.