- Özünüzü dərmanla zəhərləməyə tələsməyin! KƏTAN TOXUMU ilə hazırlanan 2 məlhəm

  • 2018.12.21 13:56
  • 11818 Baxış
 - Özünüzü dərmanla zəhərləməyə tələsməyin!  KƏTAN TOXUMU ilə hazırlanan 2 məlhəm
Qanda şəkər yüksəlməsi hər bir kəsin başına gələ bilər. Əgər analizdə qan şəkərinin miqdarı artıq çıxıbsa, o zaman təşvişə düşməyə, orqanizminizi dərman maddələri ilə zəhərləməyə tələsməyin. Çünki təbiət hər bir xəstəlik zamanı istifadə edilə biləcək dərman bitkiləri ilə zəngindir. 


Medicina.az sizə bir sıra xəstəliklər zamanı tətbiq edə biləcəyiniz təbii reseptləri təqdim edir:


Birinci resept: qanda şəkərin miqdarını normaya salmaq üçün 


2-3 x/q kətan toxumunu qəhvəüyüdəndə toz halına salın. Daha sonra onu kiçik qazana tökərək üzərinə 2 stəkan otaq temperaturunda olan təmiz su əlavə edin. Sonra isə qazanı vam odda 5-10 dəqiqə müddətində ağzı bağlı şəkildə qaynadın. Vaxt tamam olan kimi qazanın altını söndürərək soyumağa qoyun.

Soyuduqdan sonra qarışığa yarım çay qaşığı darçın əlavə edin və yaxşıca qarşdırın.


Vasitəni sutkada bir dəfə olmaqla yeməkdən 1 saat əvvəl qəbul edin. Müalicə kursu 1 ay müddətində davam edir. 


İkinci resept: şişkinliklərdən qurtulmaq üçün 


Lazım olanlar: 


• Filtrdən keçirilmiş su - 4 stəkan 

• Kətan toxumu - təxminən 4-5 çay qaşığı 

• Limon qabığı - yarım çay qaşığı 


Suya kətan toxumunu tökün, vam odda qaynayanadək saxlayın. Vasitəni təxminən 10-15 dəqiqə qaynadın. Daha sonra soyudun və bal əlavə edin.

İstifadəsi: qarışımı gün ərzində yarım stəkan olmaqla 2-3 saatdan bir qəbul edin. Müalicə kursu 3 gündən 5 günə kimidir. 


Arzu

Medicina.az