- Həzmi yaxşılaşdırır, qəbizliyə və şişlərə qarşıKətan toxumu ilə duz

  • 2018.11.06 17:28
  • 14726 Baxış
- Həzmi yaxşılaşdırır, qəbizliyə və şişlərə qarşı Kətan toxumu ilə duz
Bu duzu bütün yeməklərdə istifadə edə bilərsiniz. Həmçinin gündə 1 dəfə dil altına qoyub əridə bilərsiniz.


Küncütlü, kətan toxumlu duz immuniteti möhkəmlədir, həzmi yaxşılaşdırır, onkoloji şişlərin inkişafına qarşı olub, bağırsaq və mədənin sağlamlığının qeydinə qalır. Bu duzu hazırlayıb ailəlikcə istifadə edə bilərsiniz.


Medicina.az hazırlanma qaydasını təqdim edir:


1 ədəd soğan

1 diş sarımsaq

2 xörək qaşığı kətan toxumu

2 xörək qaşığı küncüt toxumu

1 xörək qaşığı iri dəniz duzu


Soğan və sarımsaq doğranıb quru tavada qızardılır. Küncüt və kətan toxumu da quru tavada qovrulur. Hamısı soyudulur. Sonra qarışdırılır, şüşə qaba yığılıb saxlanılır. Həm isti, həm soyuq yeməklərdə səpilir.