Kəsik və yaraları sağaldan MASKA

  • 2018.03.30 11:47
  • 15193 Baxış
Kəsik və yaraları sağaldan  MASKA
Duzun azı faydalı, çoxu zərərlidir. Bu isə alimlər tərəfindən də təsdiq edilib.


Amma duzdan qidadan əlavə dərinizin təmizlənməsi üçün də istifadə edə bilərsiniz. 

 

Medicina.az duzdan hazırlanan maskanın reseptini təqdim edir:


Hazırlanması:


İki çay qaşığı dəniz duzunu dörd çay qaşığı balla qarışdırıb məcun halına gətirin və təmizlədiyiniz dərinizə, göz çevrəsinə vurmadan sürtün. 10-15 dəqiqə saxladıqdan sonra ilıq su ilə islatdığınız bir bez yardımı ilə üzünüzdən yavaşca silin. Daha sonra məsamələrinizi daraltmaq üçün üzünüzü soyuq su ilə  yuyun və hər zaman tətbiq etdiyiniz dəri qulluxunuzu edin.

 


Nəzərinizə çatdıraq ki, duz və bal, dərini hamarlaşdırma təsirinə malikdir. Həmçinin kəsik və yaraları sağaltma xüsusiyyəti ilə də diqqəti çəkir. Bu ikili yağ istehsalının tənzimlənməsini və dərinin nəmli qalmasını təmin edir.