- Ürəyi qüvvətləndirir, mədə-bağırsağı təmizləyir...Kərə yağında bişirilmiş heyvanın möcüzəvi faydaları

  • 2018.11.30 10:37
  • 33636 Baxış
 - Ürəyi qüvvətləndirir, mədə-bağırsağı təmizləyir... Kərə yağında bişirilmiş heyvanın möcüzəvi faydaları
Hal-hazırda mövsümü olan heyvanın faydalarını saymaqla bitməz. Bu ətirli meyvənin özü kimi mürəbbəsi, qaynadılmışı, şirəsi də çox faydalıdır. 


Medicina.az bu gün sizə kərə yağında hazırlanan heyvanın xeyrindən söhbət açacaq. 

 

Heyva kərə yağında bişirildikdə faydaları birə beş artır. 


Hazırlamaq üçün heyvanı doğrayaraq üzərinə bir miqdar kərə yağı əlavə edib aşağı temperaturda bişirin. Ehtiyac olarsa su tökün. Yumşaldıqdan sonra istifadə edə bilərsiniz.   


Kərə yağında bişən heyva əsasən nəfəs yolu xəstəliklərində, uzun müddətli öskürək zamanı, bronxit və vərəm xəstəliyi zamanı çox faydalıdır. Yağda bişirilmiş heyva həmçinin mədə-bağırsaq xəstəlikləri zamanı da istifadə edilir.


Heyvanın çiçəyi bal il qarışdırıldıqda baş ağrıları zamanı, qaynadılıb içildikdə isə ürək çırpıntısı faydalıdır. Ürəyi qüvvətləndirir və ana südünü artırır. 


Heyvanın qoxusu ürək-damar sistemini qüvvətləndirir. 


Heyvanın yarpağı da şəfavericidir. Belə ki, yarpaqları qaynadaraq suyu ilə qarqara edildikdə boğaz ağrısını və şişkinliyini aradan qaldırır. Burun qanaması zamanı isə heyva şirəsi daha faydalıdır. Bu zaman buruna heyva şirəsi çəkmək lazımdır. Heyva suyu həmçinin aybaşı zamanı həddən çox qan itirdikdə, o cümlədən bağırsaq qanamaları və dizenteriya zamanı da kömək olur.  

 

 

Arzu

Medicina.az