Keçəllərə şad xəbər - Saç tökülməsini əngəlləyən maddə kəşf edildi

  • 2017.11.22 10:48
  • 14996 Baxış
Keçəllərə şad xəbər -  Saç tökülməsini əngəlləyən maddə kəşf edildi
Cənubi Koreyalı elm adamları milyonlarla insanın ortaq problemi olan saç tökülməsinin dərmanını kəşf ediblər. Yeni saç kökləri yaradan biokimyəvi maddənin saç tökülməsinin qarşısını alacağına ümid edilir. 


Medicina.az moderator.az-a istinadən xəbər verir ki, elm adamları saç köklərinin inkişafını əngəlləyən "5 barmaq sink zülalı” kəşf ediblər. Sözügedən proteinin tüklərin kökünü formalaşdıraraq saç tökülməsinin qarşısını aldığı bildirilir.


Tədqiqatçılar bu kəşflə laboratoriyada siçovulların keçəl dərisinə həmin maddəni tətbiq ediblər. Nəticədə yeni saç köklərinin çıxdığı müşahidə olunub. 

 

Yeni kəşf edilən biokimyəvi maddənin saç tökülməsinin qarşısını alan və saçları sıxlaşdıran dərmanlardan fərqli olaraq yeni saç köklərinin yaranmasını təmin etdiyi də bəlli olub.