Yeyin və arıqlayınKartof pəhrizi –

  • 2018.11.28 11:22
  • 11221 Baxış
 Yeyin və arıqlayın Kartof  pəhrizi –
Çoxu elə düşünür ki, pəhriz saxlayarkən kartof yemək olmaz. Çünki kartofda kalori çoxdu, bu isə çəki atmağa mane olur. 


Amma mütəxəssislər fərqli fikirdədir. Onların fikrincə, kartof haqda yaradılan bu mənfi təəssürat heç də həqiqəti əks etdirmir: "Kartof  düzgün hazırlansa, o nəinki kökəldər, hətta arıqlamağa səbəb olar”. 


Medicina.az pəhriz zaman kartofdan düzgün istifadə qaydasını açıqlayır. 


Kartof çörək və makarondan fərqli olaraq 100 qr-da cəmi 130 kalori daşıyır. Tərkibində karbohidrat, zülal, vitamin və minerallar var. 


Kartofdan tərkibində karbohidrat var deyə imtina etmək mənasızdır. Çünki onun tərkibində olan liflər şəkərin qana sovrulmasını əngəlləyir və toxluq hissi yaradır..


Nə qədər qəribə səslənsə də, əslində, kartof arıqlamağa kömək edir. Əgər siz rasionunuzda olan makaronu və ya çörəyi qaynadılmış kartofla əvəzləsəz o zaman müsbət nəticə əldə edə bilərsiz.  İşin sirri ondadır ki, qaynanmış kartof ən doyurucu qida hesab edilir. Bu isə o deməkdir ki, yeməkdən bir müddət sonra yaranan aclıq hissini buterbrodla yatırmağa ehtiyac qalmır. Dietoloqlar bunu kartofun tərkibində uzun müddət toxluq hissi verən liflərin və davamlı nişastanın olması ilə izah edirlər.


Sonda qeyd edək ki, əgər arıqlamaq istəyirsinizsə, nəzərə alın ki, kartof və dənli bitkilər qida rasionunuzda bir-birini əvəzləməlidirlər. Dietoloqlar bildirirlər ki, hər qida qəbulu zamanı bu məhsullar qəbul edilən qidanın 4/1-ni qəbul etsələr, o zaman istənilən nəticə əldə ediləcək və qalıcı olacaq.


Arzu

Medicina.az