Kartof-frilərin bişirildiyi yağın İLGİNC ÖZƏLLİYİ - Başda tük çıxarır

  • 2018.05.08 15:50
  • 16913 Baxış
Kartof-frilərin bişirildiyi yağın  İLGİNC ÖZƏLLİYİ - Başda tük çıxarır
"Fast food”un ən sevimli növlərindən olan kartof-frilərin bişirildiyi yağla bağlı çox maraqlı bir fakt açıqlanıb.


Medicina.az xəbər verir ki, Yaponiyada yerləşən Yokohama Dünyəvi Universitetində aparılan araşdırmadan sonra bu yağın kişilərdə keçəlləşməyə son qoyduğu aşkar edilib. Elm adamlarının sözlərinə görə, qızartma yağının tərkibində olan "dimetilpolisiloksan” adlı maddə keçəlliyin qarşısını alır.

Bu, siçanlar üzərində dəfələrlə təcrübədən keçirilib. Nəticədə isə siçanların heç tük çıxmayan bellərində əkilən saç köklərinin qısa müddətdə uzanıb gurlaşdığı təsbit edilib.


Bu səbəbdən gələcəkdə bu yağdan kişilərin saç əkimi prosedurunda istifadə ediləcəyi gözlənilir.

Qeyd edək ki, sözügedən maddə yağların qaynayıb ətrafa yayılmasının qarşısını alır.

 

Şəhanə Quliyeva
Kartof-frilərin bişirildiyi yağın  İLGİNC ÖZƏLLİYİ - Başda tük çıxarır