Kanadalı həkim oyuncaq ayını “əməliyyat etdi” – Dünya bu doktordan danışır/ FOTOLAR

  • 2018.10.04 14:10
  • 9160 Baxış
Kanadalı həkim oyuncaq ayını “əməliyyat etdi” –  Dünya bu doktordan danışır/ FOTOLAR
Kanadada xəstəxanaların birində maraqlı hadisə yaşanıb.


Medicina.az xəbər verir ki, Daniel Maknelli adlı kanadalı cərrah 10 yaşlı pasiyentindən əvvəl onun oyuncaq ayısını "əməliyyat edib”. Buna səbəb isə anadangəlmə beyin xəstəsi olan uşağın ondan belə bir şeyi istəməsi olub: "Uşaq mənə yaxınlaşdı və onun əməliyyatından əvvəl ayısını sağaltmağımı istədi. Onun bu istəyinə yox deyə bilməzdim. Ayını əməliyyat masasına qoyduq və ona süni oksigen maskasını taxdıq. Daha sonra isə  "əməliyyat”a başladıq. Uşaqlar üçün nə isə etmək çox qürurverici bir şeydir”.


Oyuncaq ayını əməliyyatdan sonra uşaqla eyni palatada yatırdıblar. Həkimin bu hərəkəti təqdir olunub.

 

 

Картинки по запросу Dr. Daniel McNeely