BölmələrRU
Xidmətlər
 

Kalsium və maqneziumun orqanizmə təsirləri

Kalsium və maqnezium orqanizm üçün əsas minerallardırlar və bədəndə elektrolit vəzifəsini daşıyırlar. Yəni sinir və əzələ hüceyrələri arasında elektrik siqnallarını ötürürlər. Eyni zamanda hüceyrələrin tərkibindəki və xaricindəki maye tarazlığını qorumağa köməkçi olurlar.

Medicina.az Deyerler.org-a istinadən bildirir ki, kalsium və maqnezium birlikdə işləyirlər və hər ikisi təzyiqi nizamlamaq və sabit bir ürək döyüntüsünü qorumaq üçün vacibdir. Ancaq bədəndə kalsium qatılığı, maqnezium olmadan da aparıla bilər.

Kalsium və maqnezium ürək ritminin nizamlanmasında həyati rol oynayırlar. Ürək əzələsinin hüceyrələri də daxil olmaqla, hüceyrələrdə kalsium xüsusi bir quruluşda saxlanılır.

Normal bir ürək ritmini qorumaq və təzyiqi nizamlamaq üçün sağlam bir kalsium və maqnezium tarazlığı qorunmalıdır. Bunu etmənin ən yaxşı yolu da gündəlik təklif edilən miqdarda bu mineralları qəbul etməkdir.

19 yaş və yuxarı yaşlarda olan şəxslərin gündə ən azı 1000 mq kalsium qəbul etməsi təklif edilir. Yaşlandıqca bədən sümük kütləsini daha sürətli yuyar, bu səbəbdən 51 yaş və yuxarı olan qadınlar ilə 70 yaş və yuxarı olan kişilərdə təklif edilən miqdar gündəlik 1200 mq-a çatır.